Bakıda nasaz avtomobil qəzaya səbəb olub - VİDEO

Bakı şəhərinin Səbail rayonunda dörd avtomobilin iştirakı ilə yol qəzası baş verib.

hakimiyyet.az xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin təkərinin nasaz olması qəzaya səbəb olub.

1995-ci il təvəllüdlü Sərxanov Əli Əsədağa oğlu idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsini yol kənarında saxlamaq istəyib. Bu zaman avtomobil “VAZ 2107” və “NAZ Lifan” markalı nəqliyyat vasitələrinə çırpılıb. 

Zərbənin təsirindən “BMW” “BakuBus” MMC-yə məxsus 6 saylı marşrut xətti üzrə Niyaməddin Məhəmmədovun idarə etdiyi “Iveco” markalı sərnişin avtobusuna dəyib.

Qəza nəticəsində “NAZ Lifan” və “VAZ 2107”nin sürücüləri ağır xəsarət alıb. 

“VAZ 2107”nin yanacaq çəni zədələnib və nəticədə benzin yola dağılıb. 

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası cəlb edilib. 

Hadisə baş verən yolda sıxlıq yaranıb. Əraziyə cəlb olunan Səbail Rayon Polis İdarəsinin əməkdaşları yolda tənzimləmə işləri aparıb.

Qəzanın təfərrüatı araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.30852103233337