Türkiyəli sosial media fenomeni dələduzluğa görə SAXLANILDI

Türkiyəli sosial media fenomeni Simge Baranoğlu saxlanılıb.

O, sosial şəbəkələr üzərindən etdiyi dələduzluğa görə axtarışa verilmişdi.

İzmirin Ödəmiş rayonunda saxlanılan bloqer polis idarəsinə aparılıb.

Simge Baranoğlu daha əvvəl də dələduzluq ittihamı ilə həbs edilmiş və 56 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, onun “Instagram” hesabında 1bir milyon izləyicisi var.

Mənbə: Sondakika

0.27503800392151