Manafdan Elzaya SƏRT CAVAB: “Danışmadığım adama niyə yardım etməliyəm ki?”

“Mən Elza Seyidcahanla danışmıram. Danışmadığım adama niyə yardım etməliyəm ki?”

Bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Manaf Ağayev Əməkdar artist Elza Seyidcahanın “Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil. Manaf Ağayevdən də xeyriyyəçi insanlar var” ittihamına cavabında deyib. Manaf Elza Seyidcahandan küsülü olduğu üçün ona yardım etmədiyini vurğulayıb.

“Danışsaydım, ona yardım edərdim, danışmıram onunla. Bunu bütün Azərbaycan bilir ki, onunla küsülüyəm. Kiməsə yaltaqlanmaq mənə lazım deyil”.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə çıxaraq xalqdan və dövlətdən yardım istəyib. Sənətçi öz mülkünə sahiblənmək üçün 63 min manat pulun lazım olduğunu deyib. Bu günə kimi ona həmkarlarından Rəqsanə, Damla və digərləri dəstək veriblər.

0.35602903366089