Azərbaycanda dəmir yolu yaxınlığında naməlum kişi meyiti tapıldı

Daşkəsən rayonunda kişi meyiti aşkarlanıb.

Report-un məlumatına görə, rayonun Bayan kəndi ərazisində, dəmir yolu yaxınlığında orta yaşlı kişi meyiti tapılıb.

Onun üzərində xəsarətlərin olduğu bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun ölüm səbəbi və şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.36006212234497