Deputat Bakının ən prestijli hotelində oğluna dəbdəbəli toy etdi - VİDEO

Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib.  

Demokrat.az-ın əldə etdiyi məlumata görə, mərasim paytaxtın ən prestijli otellərindən biri “JW Marriott Absheron Baku”da təşkil olunub.  

Şəkinin deputatının oğlu Orxan Feyziyev dünən Pınar adlı xanımla ailə həyatı qurub. 

Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak ediblər. 

Xatırladaq ki, cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar.  

Onların dəbdəbəli nişan mərasimi “Four Seasons Hotel Baku” otelində baş tutmuşdu. 

 

0.34976196289062