Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən hakimiyyet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətinkeçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.