Suraxanıda dörd otaqlı ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi olub. 

FHN-dən hakimiyyet.az-a verilən məlumata görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli dörd otaqlı ev yanıb. 

Mənzilin dəhlizinin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb.  

Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

0.38643002510071