Keçmiş məhkum çətənə kollarını meşədə əkən zaman tutuldu - VİDEO

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan hakimiyyet.az-a məlumat verilib.

Qeyd edilib ki, rayon sakini Zeynal Zeynalov dibçəkdə əkdiyi çətənə bitkilərini rayondakı meşəlik əraziyə köçürən zaman Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Dindirilmə zamanı saxlanılan şəxs əməlini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. 

Faktla RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Z.Zeynalov əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb. 

0.31073403358459