Bakıda hoteldə ərəb qadın öldü

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu, Şıx qəsəbəsi Salyan şosesində yerləşən hotellərdən birində Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib. 

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

0.26383519172668