Bakıda “Hyundai” sürücüsündən təhlükəli addım: Əvvəl qarşısına keçdi, sonra yolunu kəsdi - VİDEO

Bakıda “Hyundai” sürücüsünün təhlükəli manevrləri kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, dekabrın 21-i paytaxtın Şəfayət Mehdiyev küçəsində yola daxil olan 90-NX-058 qeydiyyat nişanlı, “Hyundai Santafee” markalı avtomobilin sürücüsü həmin yolda hərəkət edən sürücüyə yol verməyib. 

Arxadan gələn sürücü onu ötmək istəyərkən, o, yenidən sola kəskin manevr edərək sürücünün yolunu kəsib. Görüntünü qeydə alan sürücü bundan qəzəblənərək, sağdan keçmək istəyərkən qarşıdakı sürücü yenidən sağa kəskin manevr edərək onun qarşışını kəsib. 

0.35405087471008