Britni Spirs azarkeşlik edəcəyi komandanı seçdi

Britni Spirs “Mançester Siti”yə azarkeşlik etməyə başlayıb.

İngilis klubuna rəğbəti müğənniyə yeni həyat yoldaşı Sem Əsgəri aşılayıb.

Klubun rəsmisi ifaçını əri ilə birlikdə komandanın stadionuna dəvət edəcəklərini, hətta imkan olarsa baş məşqçi Pep Qvardiola ilə də tanış edəcəklərini bildirib.

O, Britninin idman arenasında çıxışını da istisna etməyib.

Mənbə: sports.ru

0.32156300544739