“Dinamo” (Kiyev) – “Fənərbağça” matçının məkanı dəqiqləşdi

Türkiyənin “Fənərbağça” klubunun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyununun məkanı məlum olub.

“Sarı-lacivərdli” klubdan verilən açıqlamaya görə, iyulun 20-i çərşənbə günü baş tutacaq matç Polşanın Lodz şəhərindəki Miejski stadionunda oynanılacaq.

Qarşılaşma Bakı vaxtilə saat 22.00-da başlayacaq.

Sözügedən matçın cavab oyunu isə 27 iyul çərşənbə günü saat 21:00-da Ülkər stadionunda keçiriləcək.

Mənbə: “Anadolu”

0.42360496520996