DİN Bakıda adam oğurluğunun olması iddiasına AYDINLIQ GƏTİRDİ - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə bağlı yayılan görüntülərə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hakimiyyet.az-a bildirib ki, görüntüdə əks edilən hallar quldurluq cinayəti üzrə axtarışda olan şəxsin tutulması istiqamətində keçirilən tədbiri əks etdirir:

“Həmin şəxs tutularaq istintaqa təhvil verilib”.

16:36

Bakı şəhərində gəncin oğurlandığı iddia olunur. 

hakimiyyet.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. 

Əldə edilən görüntülərə görə, axşam radələrində iki nəfər bir şəxsi 99-AP-020 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı maşına mindirərək aparıb. Gənc maşına mindirilərkən onun başına vurduqları da görünür.

Həmin görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by hakimiyyet.az (@oxuaz)

İlhamə Əbülfət

0.40460801124573