Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sabahdan etibarən amfibiya təyyarə yanğınların söndürülməsində iştirak edəcək.
17:08
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.
hakimiyyet.az-ın məlumatına görə, “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanında eniş edəcək.
Daha çox foto burada: Photostock.az
15:01
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə yola düşür.
Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.
hakimiyyet.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.
Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.
Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.
İlhamə Əbülfət