Burakdan ikinci dəfə ana olmağa hazırlaşan Fahriyeye bahalı jest - FOTO

Türkiyənin məşhur aktyoru Burak Özçivit ikinci dəfə ana olmağa hazırlaşan həyat yoldaşı Fahriye Evcene bahalı jest edib. 

hakimiyyet.az-ın məlumatına görə, serial və kino ulduzu xanımına ev bağışlayacaq. 

Doğum hədiyyəsi olaraq ev alacağını açıqlayan Burak Özçivit tikintidə görüntülənib. 

İddiaya görə, Burak evinin yanındakı böyük ərazini alıb və tikinti şirkəti ilə razılığa gəlib.

Müqaviləyə əsasən, ümumilikdə altı villadan ibarət layihədə üç villa məşhur aktyora məxsus olacaq.

Özçivit bununla da, xanımına körpə müjdəsi ilə bağlı hədiyyəsini vermiş olacaq. 

Layihənin tikintisinə artıq start verilib.

Mənbə: Gazetemagazin

0.29244112968445