Prokuror bir neçə nəfərə qarşı dələduzluq edən şəxsə cəza istəyib

Prokuror bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsiləndirilən Orxan Xeyirxəbərliyə 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Orxan Xeyirxəbərli 3 nəfərə qarşı ümumilikdə 65 min manat dəyərində dələduzluq edib.

O.Xeyirxəbərliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

0.28184509277344