Göygöldə avtomobil qəzasında dörd nəfər ölüb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb. 

0.37814497947693