Meyxanaçı Samirə ilə həmkarı arasında gərginlik: “KamAZ” surücüsüyəm” - VİDEO

Meyxanaçı Samirə ilə müğənni-meyxanaçı Elmar Qədimov arasında gərginlik yaşanıb.

hakimiyyet.az xəbər verir ki, hadisə ATV-də yayımlanan “7 canlı” verilişində baş verib.

Samirənin “Elmar, siz müğənnisiniz, yoxsa meyxanaçı?” sualından sonra ikilinin sözü çəp gəlib və həmkarı sərt formada: “KamAZ” sürücüsüyəm”, - deyə cavab verib.

Samirə Yusifqızı isə bu cavabdan narahat olaraq: “Bu saat bir çox meyxanaçılar mahnı oxuyur, özləri nəğmələrə söz yazırlar. Sizə hörmətsizlik etmədim və nəsə demədim. Tanımıram, bu səbəbdən sual verdim”, - deyə cavab verib.

Qarşı tərəf isə: “Sizə xanım kimi hörmətim var. Sözlərinizdən elə çıxdı ki, mən bu sənətə dünən gəlmişəm. Axı elə deyil. İllərdir ki, bu sənətdəyəm. Mənim çoxlu sevənlərim var”, - deyə bildirib. 

Samirə isə Elmarın sözünü kəsərək: “Sizi camaat sevirsə, birinci incəsənət aləmi tanımalıdır. Sözlərinizə diqqət yetirin. Özünüzü ələ alın”, - deyə xəbərdarlıq edib.

Ətraflı süjetdə:

0.28886389732361