Neymar “Barselona”ya keçidinə görə beş il müddətinə həbs oluna bilər

Neymar 2013-cü ildə “Santos”dan “Barselona”ya keçidinə görə cavab verməli olacaq.

Oktyabrda PSJ-nin hücumçusu doqquz il əvvəlki transferi zamanı mümkün korrupsiyaya görə mühakimə olunacaq.

Braziliyalıya qarşı iddianı o zaman futbolçunun hüquqlarının 40%-nə sahib olan DIS şirkəti qaldırıb. İttiham tərəfi Neymarın, ailəsinin və “Barselona”nın onları aldatdığını bildirir və braziliyalıya 5 il həbs cəzası və üstəlik 10 milyon avro cərimə kəsilməsini istəyir.

DIS Bartomeu və “Barselona”nın keçmiş prezidenti Sandro Rossel üçün də həbs cəzası tələb edir.

Futbolçunun işinə oktyabrın 17-də - Neymarın 2022-ci il dünya çempionatına hazırlıq üçün Braziliya millisinə qatılmasına günlər qalmış Barselona məhkəməsi baxacaq.

Mənbə: sports.ru

0.32749509811401