“Qarabağ”ın zədəli futbolçularının durumu açıqlanıb

İsveçrədə “Sürix”ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən “Qarabağ”ın futbolçuları - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.

“Report” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov matçdan sonra baş tutan mətbuat konfransında açıqlama verib.

50 yaşlı mütəxəssis Medinanın zədəsinin ciddi ola biləcəyini istisna etməyib:

“Bakıya qayıtdıqdan sonra daha diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur”.

0.27786612510681