Dünya çempionatında çıxış edəcək Azərbaycan cüdoçuları - ADLAR

10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.

Azərbaycan idmançıları 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 10 avqustda Turan Bayramov (60 kq), 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Azərbaycan cüdoçuları baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcəklər.

0.34953188896179