Riçard Qir 10,8 milyon dollara malikanə alıb

Aktyor Riçard Qir Konnektikut ştatının Nyu-Kanaan şəhərində ifaçı Pol Saymona məxsus malikanənin gizli alıcısı olub.

Məlumata görə, sövdələşmə 10,8 milyon dollar təşkil edib.

Sahəsi 818 kv.m olan əsas evdə. altı yataq otağı, yeddi vanna otağı, üç tualet və bir neçə kamin var. 130 min kvadratmetr ərazidə sahəsi 222 kv.m olan ikinci qonaq evi də inşa olunub. Həmçinin, həyətdə qaraj, göl, terraslı hovuz, bağ yerləşir.

Ev  Nyu-Yorkdan cəmi 72 km aralıdadır.

Mənbə: gazeta.ru

0.34150099754333