Bekhemin oğlu qayınana-gəlin davasında tərəfini seçdi - FOTO

Devid və Viktoriya Bekhemin böyük oğlu anası ilə aralarında “soyuq müharibə” şayiələri fonunda həyat yoldaşı Nikola Peltsi dəstəkləyib.

Bir neçə gün əvvəl Qərb tabloidləri insayderlərə istinadən yazmışdılar ki, Viktoriya Bekhem öz gəlininə .

Bundan sonra Nikola Pelts dolayı yolla qayınanası ilə münaqişə şayiələrini təsdiqlədi: o, sosial şəbəkələrdə göz yaşları içində bir sıra fotolar yayımladı və son vaxtlar bəzi insanların (ad çəkmədən) onu incitdiyini etiraf etdi.

Bruklin Bekhem həmin vaxt həyat yoldaşını dəstəkləyərək, şərhlərdə sevgisini etiraf edib.

Nikolanın son paylaşımında Bruklin yenidən ona dəstəyini ifadə edib və “Sən ən yaxşı ürəyə sahibsən”, - deyə şərh yazaraq anası ilə münaqişədə onun tərəfini tutduğuna eyham vurub.

Mənbə: Mirror

0.34712600708008