Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

hakimiyyet.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,21 ABŞ dolları və ya 3,3% artaraq 99,76 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

0.32010817527771