Qadınlardan ibarət basketbol yığmamız 1/4 finala yüksəlib

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək.

0.29929804801941