Türkiyədə azərbaycanlılar arasında atışma: Ölən və saxlanılanlar var

Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə “Report” xəbər yayıb.

Məlumata görə, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən iki ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0.28120183944702