İqor Korotçenko: “İrəvanın marağı ATƏT-in Minsk qrupunun reanimasiyasıdır” - YENİLƏNİB + FOTO

Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, Ermənistanın növbəti təxribatı Rusiyanın vacib nəqliyyat dəhlizlərindən birinə çıxışını məhdudlaşdırmaq və Minsk qrupunu “diriltmək” niyyəti daşıyır.

“Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas marağı olanlar ABŞ və Avropa İttifaqıdır. Ermənistanın əli ilə iş görərək, onlar Rusiya üçün böyük əhəmiyyətə malik beynəlxalq multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması və tam gücü ilə fəaliyyətini əngəlləmək istəyirlər.

İrəvanın marağı isə ATƏT-in Minsk qrupunun reanimasiyası və Vaşinqtonla Parisin dəstəyi ilə Qarabağda separatist anklavın statusunun təşviq edilməsidir”, - ekspert özünün “Telegram” kanalında yazıb.

02:47

Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır.

Bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Facebook” səhifəsində yazıb .

O, qeyd edib ki, baş verənlərdə erməni tərəfinin məqsədi tamamilə aydındır.

0.30202698707581