“Caliber”: “Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb” - FOTO

“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb. O, ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və zərgər dəqiqliyi ilə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib)”.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

“Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazımdır. Bizdə olan məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib - dəyəri yarım milyard dollardan çox olan avadanlıq dəmir yığınına çevrilib.

Azərbaycan ordusu sərhəd zolağında delimitasiyası keçirilmədiyi məlum olan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual formada və atəş nəzarətinə götürülüb.

Qeyd edək ki, Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı yerdə qalmadı, erməni tərəfinə “Qətiyyətli cavab” verildi”, - deyə məlumatda bildirilib.

 

0.32559704780579