“Milonov və onun kimiləri əslində anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar” - RƏY + FOTO

“Vitaliy Milonov və onun kimiləri əslində anti-Azərbaycan yox, anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Milonov kimiləri üçün ağa qara demək normaldır. Çünki onlar diaspora sayılıblar. Təəssüf ki, təbliğat uzun müddətdir davam edir. Rusiya ideoloqları Azərbaycanı Qərbin, Qərbin təbliğatçıları isə bizi Kremlin maraqlarına xidmət etməkdə ittiham edirlər. Onlar bundan təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Amma belə bəyanatlara ciddi yanaşmaq lazım deyil. Rusiyada Milonov kimi sayılmış siyasətçilər çoxdur. Görünür, onlara parlamentdən aldıqları pul kifayət etmir. Ona görə də saxta təbliğat aparırlar. Beləliklə, daxili ictimai rəyi çaşdırmaqla yanaşı, həm də ikitərəfli münasibətlərə zərbə vururlar”.

Ekspert vurğulayıb ki, Milonov gözünü açmalı və ikitərəfli əlaqələri, regional layihələri, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nəticələrini yaxşı nəzərdən keçirməlidir.

Politoloqun sözlərinə görə, əslində Qərbin sifarişlərini yerinə yetirən Ermənistandır:

“Ermənistan-ABŞ münasibətlərində əsas rolu oynayan Türkiyədir. Türkiyə bu ölkələr arasında vasitəçidir. Deməli, İrəvan əvvəlcə Ankara ilə münasibətlərini normallaşdırmağa çalışmalıdır. Bu, Ermənistan üçün həyati əhəmiyyətlidir. Təəssüf ki, Ermənistan regional "oyunçuların" sayını artırmaqla Cənubi Qafqazda durumu gərginləşdirməyə çalışır ki, bu da konstruktiv mövqedən xəbər vermir”.

0.26840806007385