Şəmkirdə iki minik maşını toqquşdu: Xəsarət alanlar var

Şəmkirdə üç nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yeni Həyat yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Həsənov Ədalət, 1992-ci il təvəllüdlü Əliyev Röyal və 2000-ci il təvəllüdlü Hüseynli Hüseyn xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.26735496520996