SOCAR-ın prezidenti İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında neft-qaz sektorunda səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüş zamanı xam neft və neft məhsullarının ticarəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0.27450084686279