Millimiz Slovakiyaya qarşı – YENİLƏNİR

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşır. 

hakimiyyet.az xəbər verir ki, oyunda start fiti səslənib. 

Hazırda hesab açılmayıb. 

21:45

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka
Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0.32033705711365