Stallone şəklini it döyməsiylə əvəz etdiyi arvadı ilə barışdı - FOTO

Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin barışıblar.

Bu barədə “Page Six” ailəyə yaxın mənbəyə istinadla xəbər verib.

“Onlar evdə görüşmək qərarına gəliblər. Burada danışaraq fikir ayrılıqlarını həll edə bildilər. Hər ikisi çox xoşbəxtdir”, - deyə aktyorun sözçüsü nəşrə bildirib.

O, boşanma prosesinə xitam verilməsi üçün məhkəməyə ərizə verildiyini də təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Stallone ailəsində çətinliklərin başladığı barədə xəbərlər yayıldı. Daha sonra amerikalı aktyorun çiynində həyat yoldaşının portretini it döyməsi ilə sosial şəbəkələrdə əsl müzakirə mövzusuna çevrildi.

0.36514210700989