Millimiz Qazaxıstana qarşı: Rəqib azlıqda qaldı - YENİLƏNİR

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

hakimiyyet.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində rəqib azlıqda qalıb. 

Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb. 

Hazırda oyunda hesab açılmayıb. 

20:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

hakimiyyet.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə start fiti səslənib.

Hazırda oyunda hesab açılmayıb.

19:00

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri bəlli olub.

hakimiyyet.az xəbər verir ki, yığmalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökcü

Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Baqdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

0.40454292297363