Millətlər Liqası: Xorvatiya və Niderland finalda, Türkiyə məğlub oldu – VİDEO

UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya səfərdə Avstriyanı, Danimarka isə Fransanı məğlub edib.

4-cü qrupda Niderland Belçikaya, Polşa Uelsə qalib gəlib.

C Liqasının bugünkü görüşləri formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli olub. Gecənin sensasiyasına evdə Türkiyəni yenən Farer Adaları imza atıb.

D Liqasında Latviya səfərdə Andorra ilə heç-heçəyə razılaşıb, Moldova isə evdə Lixtenşteynə qalib gəlib.

Beləliklə, sonuncu turun ilk oyun gününün nəticələrindən sonra Xorvatiya və Niderland yığmaları qrup qalibi kimi final mərhələsinə adlayıblar.

Avstriya və Uels A Liqasını tərk edib. Latviya isə C Liqasına yüksəlib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
A Liqası
1-ci qrup

Avstriya - Xorvatiya - 1:3
Qollar:
 Kristof Baumqartner, 9 - Luka Modriç, 6. Marko Livaya, 69. Deyan Lovren, 72

Danimarka - Fransa - 2:0
Qollar:
 Kasper Dolberq, 34. Andreas Skov Olsen, 39

Xal durumu: Xorvatiya - 13, Danimarka - 12, Fransa - 5, Avstriya - 4

4-cü qrup

Niderland - Belçika - 1:0
Qol:
 Vircil van Deyk, 73

Uels - Polşa - 0:1
Qol:
 Karol Sviderski, 58

Xal durumu: Niderland - 16, Belçika - 10, Polşa - 7, Uels - 1

C Liqası
1-ci qrup

Farer adaları - Türkiyə - 2:1
Qollar:
 Vilyormur Davidsen, 51. Yohan Edmundsson, 59 - Serdar Gürler, 89

Lüksemburq - Litva - 1:0
Qol: 
Jerson Rodriges, 89

Xal durumu: Türkiyə - 13, Lüksemburq – 11, Farer adaları – 8, Litva – 1

3-cü qrup

Slovakiya - Belarus - 1:1
Qollar:
 Adam Zrelyak, 65 - İvan Baxar, 45

Azərbaycan - Qazaxıstan - 3:0
Qollar:
 Aleksandr Maroçkin, 66 (öz qapısına). Filip Ozobiç, 74. Anatoli Nuriyev, 90+1
Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 10, Slovakiya - 7, Belarus - 3

D Liqası
Andorra - Latviya - 1:1
Qollar:
 Albert Rosas, 88 - Vladislav Qutkovski, 50

Moldova - Lixtenşteyn - 2:0
Qollar:
 Viktor Stine, 90+2; 90+4

Xal durumu: Latviya - 13, Moldova - 13, Andorra - 8, Lixtenşteyn - 0.

0.32319593429565