Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım - FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi 27 sentyabr- Anım Günü münasibəti ilə bağlı paylaşım edib.

Səfirliyin “Twitter” hesabındakı paylaşımda qeyd edilir:

“27 sentyabr- Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli Ordumuz 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.

0.27368497848511