Norveç rusiyalı şahmatçını yarışlardan kənarlaşdırmağı tələb edir

Norveç Şahmat Federasiyası (NSF) reytinq turnirlərinin təşkilatçılarını qrossmeyster Sergey Karyakini yarışdan kənarlaşdırmağa çağırıb.

“Norveç Şahmat Federasiyası Sergey Karyakin və ya Ukraynadakı müharibəni dəstəkləyən digər şahmatçıların assosiasiyanın himayəsi altında keçirilən turnirlərdə iştirakına icazə verilməsini istəmir. Bu, Norveçdəki bütün reytinq turnirlərinə aiddir. Federasiya bütün digər təşkilatçıları eyni xətti izləməyə qətiyyətlə təşviq edir”, - NSF-nin bəyanatında deyilir.

Qeyd edək ki, şahmat tacı uğrunda qarşılaşmanın keçmiş iştirakçısı olan Karyakin düz altı ay əvvəl verdiyi ifadələrə görə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) etika komissiyası tərəfindən yarışdan kənarlaşdırılıb.

Mənbə: sport-express.ru

0.34250497817993