Goranboyda avtomobil maneəyə çırpılıb: Ata və oğlu xəsarət alıb

Goranboy rayonunun Ağcakənd qəsəbəsində minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb, ata və oğlu xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü M.Mustafayev və onun oğlu, 1988-ci il təvəllüdlü A.Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.31262803077698