Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb

Yevlax rayonunda 17 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Qarxun kəndində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan Yevlax rayon Aşağı Qarxun kənd sakini, 2005-ci il təvəllüdlü R.Hüseynovu avtomobil vurub.

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0.34295105934143