Sürücülərin NƏZƏRİNƏ: Sabah görünüş məsafəsi məhdudlaşacaq yolların SİYAHISI

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 3-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Astara, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Salyan-Neftçala magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

0.31893992424011