Goranboyda minik avtomobili traktorla toqquşdu: Xəsarət alanlar var - FOTO

Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un məlumatına görə, şəhər ərazisində "Chevrolet" markalı avtomobil traktorla toqquşub. Zərbənin gücündən traktor aşıb. Qəza zamanı xəsarət alanlar var.

Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0.36604189872742