Əfqanıstanda qazıntı zamanı təsadüfən təbii qaz yatağı aşkarlanıb - VİDEO

Əfqanıstanın şimal-qərbində yerləşən Badğis vilayətində təbii qaz yatağı kəşf edilib.

“Taliban” hərəkatının təsis etdiyi dağ-mədən departamentinin rəhbəri Kari Şəmsuddin Nizaminin bildirdiyinə görə, qaz yatağı vilayətin Murqab rayonunun ərazisində aşkar edilib.

Qaz yatağı təsadüfən ilkin geoloji tədqiqatlar aparmaq üçün əraziyə gələn Əfqanıstanın Qaz Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən tapılıb.

Həvəskar çəkilişdə təbii qazın yerin səthinə sızdığı aşkar görünür.

Mənbə: Bakhtar

0.281653881073