Azərbaycanın valyuta ehtiyatları 55 milyard dolları keçib

Azərbaycanın valyuta ehtiyatları bu ilin əvvəlindən 3,5% artaraq 55,1 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir.

“O cümlədən AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb”, - deyə baş bankir qeyd edib.

0.29634189605713