Türkiyənin nəqliyyat və infrastruktur nazirindən “Haber Global”a Zəngəzur dəhlizi açıqlaması - VİDEO

“Hazırda Gürcüstanla problemlər var, ancaq alternativ də var. Məsələn, Zəngəzur dəhlizi. Orada dəmiryoluna, quru yoluna investisiyalar qoyulduğu zaman, Naxçıvan üzərindən də ayrı bir investisiya ilə Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) həmin hissəsindən yan keçmək gündəmdədir. Hazırda bunlar müzakirə edilir”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Haber Global” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, nəqliyyat infrastrukturu həm də qlobal güc müharibəsidir.

“Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra gəlinən razılıqda əslində bir çərçivə çəkilib. Orada həm dəmiryolunu, həm də quru yolunu özündə ehtiva edən 5 km-lik təhlükəsiz dəhliz nəzərdə tutulub. Dəmiryolu məsələsi Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Ancaq orada “dinamitlər” var: bir tərəfdən Rusiya, digər tərəfdən İran araya girir. Bununla belə, Zəngəzur dəhlizi Azərbaycan üçün çox vacib mövzulardandır. Çünki Azərbaycan bu məsələyə kimi bütün investisiyalarını bitirir”.

Nazir ötən həftə Azərbaycanda olduğunu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etdiyini xatırladıb.

“Nəqliyyat infrastrukturu həm ölkələrin siyasi gücünü pərçimləyir, həm də ticari hərəkətlilik üçün çox mühümdür. Bu səbəbdən belə layihələrin arxasında durmaq və yolunu açmaq lazımdır”, - deyə o, sözlərini yekunlaşdırıb.

Ətraflı süjetdə: 

0.34578013420105