Mərkəzi Nəbatat Bağına giriş bağlanır - Tarix AÇIQLANDI

Noyabrın 19-dan Mərkəzi Nəbatat Bağına giriş bağlanır.

Bu barədə “Report”a Bakı şəhər Mərkəzi Nəbatat Bağının müdiriyyətindən məlumat verilib.

Qeyd olunub ki, parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaq.

0.34862303733826