Əməkdar artistdən Bakının əsas prospektindəki təhlükə ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Azərbaycan aktyoru, Əməkdar artist Bəhram Bağırzadə paytaxtın əsas prospektlərindən birindəki təhlükəli vəziyyət barədə çağırış edib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

Əməkdar artist qeyd edib ki, 8 Noyabr prospektindən geri dönmək problem yaradır:

“Geri dönən zaman orada əkilən güllər digər yoldan gələn maşının görünməsinə mane olur. Bu da təhlükə yaradır”.

O da məsələ barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.

0.33241081237793