Biləsuvarda 31 yaşlı kişi bıçaqlanıb

Biləsuvarda 31 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Nazim Qəribəli oğlu Əhədov kəsici-deşici xəsarətlərlə rayon xəstəxanasına aparılıb.

Rayon Polis Şöbəsi hadisənin hansı zəmində baş verdiyini araşdırır.

0.30599188804626