DÇ-2022: ABŞ – Uels matçında hesab açıldı - YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ - Uels matçında hesab açılıb. 

hakimiyyet.az xəbər verir ki, matçın 36-cı dəqiqəsində Timoti Vea fərqlənib. 

ABŞ yığması hesabda öndədir - 1:0

23:01

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ - Uels matçı start götürüb. 

hakimiyyet.az xəbər verir ki, görüşdə hesab açılmayıb. 

22:23

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb.

hakimiyyet.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams, Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Co. Sarcent

Uels: Ueyn Hennessi, Kris Mefam, Co Rodon, Ben Devis, Konnor Roberts, Itan Ampadu, Aaron Remzi, Harri Uilson, Neko Uillyams, Denie Ceyms, Qaret Beyl

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0.29782700538635