Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

“Report”un məlumatına görə, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

S.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

0.32975888252258