Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

hakimiyyet.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 ABŞ dolları və ya 0,14% artaraq, 86,9 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

0.30133986473083